...

“Domodedovo”da baş vermiş yanğın Bakı-Moskva aviareyslərinin həyata keçirilməsinə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2015 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarələrinin Bakı-Moskva marşrutu üzrə uçuşları normal rejimdə, bütün uçuşlar və enişlər qrafikə uyğun həyata keçirilir. Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı vaxtı ilə saat 11:00-da Beynəlxalq Heydər Əliyev hava limanından havaya qalxan təyyarə qrafikə uyğun olaraq Moskvanın "Domodedovo" aeroportuna eniş edəcək.

Xatırladaq ki, "Domodedovo" hava limanının kürsülü mərtəbəsində baş verən yanğın nəticəsində uçuşlar qismən dayandırılmış və minlərlə insan təxliyə edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti