...

Vergiödəyicilərlə görüşlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2015 15:59 (UTC +04:00)
Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilir.
Vergiödəyicilərlə görüşlər keçirilib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, görüşlərin keçirilməsində əsas məqsəd Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, xüsusən elektron xidmətlər barədə vergiödəyicilərin məlumatlandırılması, vergi sahəsində onların biliklərinin daha da artırılmasıdır.

Sentyabrın 16-17-də Beyləqan və Lənkəran rayonlarında "Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu" mövzusunda görüşlər keçirilib. Görüşlərdə 8 və 6 saylı ƏVİ-lərin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat verib, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə yerli icra hakimiyyəti orqanlarının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti