...

Aston Martin "Spectre" filmi üçün xüsusi DB10 modelini istehsal etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 14:00 (UTC +04:00)
Böyük Britaniyanın lüks kateqoriyalı idman avtomobillərinin istehsalçısı olan Aston Martin bu yaxınlarda ekrana çıxacaq Bondiana seriyasının 24-cü filmi - “007: Spectre” filminin çəkilişləri üçün özünün yeni eksklüziv modelini yaradıb.
Aston Martin "Spectre" filmi üçün xüsusi DB10 modelini istehsal etdi (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Böyük Britaniyanın lüks kateqoriyalı idman avtomobillərinin istehsalçısı olan Aston Martin bu yaxınlarda ekrana çıxacaq Bondiana seriyasının 24-cü filmi - "007: Spectre" filminin çəkilişləri üçün özünün yeni eksklüziv modelini yaradıb.

Yeni DB10 modeli tarixdə ilk dəfə olaraq yalnız filmin çəkilişləri zamanı Ceyms Bond tərəfindən idarə olunması üçün yaradılıb və gələcəkdə kütləvi istehsala və satışa çıxarılmayacaq. Sözügedən idman avtomobili son dərəcə məhdud sayda - cəmi 10 ədəd - buraxılıb və Aston Martin şirkətinin Böyuk Britaniyanın Qaydon şəhərində yerləşən baş qərargahının dizaynerləri, mühəndisləri və yüksək ixtisaslı ustaları tərəfindən xüsusi sifarişə əsasən layihələndirilib və əllə yığılıb.

"007: Spectre" filminin dünya premyerası 6 noyabr 2015-ci ildə baş tutacaq. Premyera günü Qaydon şəhərində Aston Martin daha bir yeni eksklüziv modelini - Aston Martin DB9 GT Bond Edition modelini təqdim edəcək.

DB9 GT Bond Edition öz salonunda Ceyms Bonda duyğular dolu incə sevgisini davam etdirir: qapı astanalarında məşhur "007" loqotipinin əks olunduğu unikal nömrəli lövhəciklər, ön və arxa oturacaqların arakəsmələrində nəfis tərtibatlı 2+2 üslubunda tapança naxışı və yeni modelin "touchtronic" tipli Aston Martin AMi II proqramlaşdırılmış məlumatlandırma və əyləncə sistemində xüsusi "Bond Edition" start-işəsalma ekranı vardır. Cəmi 150 ədəd buraxılan bu avtomobili yalnız xüsusi sifarişlə əldə etmək olacaq.

Dünya premyerasından bir gün əvvəl isə, 5 noyabr tarixində Aston Martin şirkətinin Azərbaycanda rəsmi dilleri Aston Martin Baku "007: Spectre" filminin Bakıda bağlı nümayişini keçirəcək.

Bu barədə danışan "Aston Martin Baku"-nun baş meneceri İbrahim Əhmədov, nümayişin Bakının VIP-qonaqları, sayılıb-seçilən sakinləri üçün keçirələcəyini qeyd edib: "Filmin nümayişi IMAX kinozalında baş tutacaq. Bundan elavə həmin gün biz filmə ayid bir təqdimat keçirəcəyik. Təqdimatda Ceyms Bond haqqında məlumatlar, fotolar, videoçarxlar nümayiş olunacaq".

Aston Martin Baku brendi Avtolux Azerbaijan şirkətinin tərkibində 2015-ci ilin fevral ayının 27-də fəaliyyətə başlayıb. Aston Martin şirkətinin özü 1913-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə 100 yaşını qeyd edən şirkət, 45 ölkədə 155 rəsmi diller açmışdı. Şirkətin son "Show room"-u da məs Avtolux Azerbaijan şirkətinin tərkibində olan Aston Martin Baku brendidir.

"Show room"-la yanaşı Bakıda şirkətin rəsmi mağazamız var - orda aksesuarlar və geyimlər satılır. Həmçinin, bununla yanaşı Bakıda Aston Martinin rəsmi servisi fəaliyyət göstərir. Servisdə avtomobillərin ehtiyyat hissələrini əldə etmək olar.

Qeyd edək ki, Bakı "Aston Martin" şourumunda xüsusi "5+5" kampaniyasına start verilib. Kampaniya çərçivəsində bütün avtomobil alıcılarına 5 illik zəmanət və pulsuz 5 illik servis təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti