...

Azərbaycan biznesi və elmi Arktikaya çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 12:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu və SİNAM şirkəti beynəlxalq sazişlərə əsasən Arktika Rusiya, ABŞ, Norveç, Danimarka və Kanada arasında bölünmüş Arktikada müxtəlif layihələrin həyata keçirilməsi təklifləri ilə çıxış etdilər.
Azərbaycan biznesi və elmi Arktikaya çıxır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu və SİNAM şirkəti beynəlxalq sazişlərə əsasən Arktika Rusiya, ABŞ, Norveç, Danimarka və Kanada arasında bölünmüş Arktikada müxtəlif layihələrin həyata keçirilməsi təklifləri ilə çıxış etdilər.

Sözügedən təklif Sankt Peterburqda keçirilmiş "Arktika: inkişaf və dialoq vektoru" adlı üçüncü illik beynəlxalq seminarda səsləndirildi.

Tədbirdə 60-dan çox iştirakçı olub: mütəxəssislər, ictimai fikir liderləri, Azərbaycanın, Almaniyanın, Norveçin nümayəndələri, Saxa Respublikasının (Yakutiya), Nenets Muxtar Dairəsinin, Yamalo-Nenets Muxtar Dairəsinin və Murmansk vilayətinin Sankt Peterburq şəhərindəki nümayəndəliklərinin əməkdaşları, Rusiya Elmlər Akademiyası (REA) Sankt Peterburq Elmi Mərkəzinin, Arktika və Antarktika Elmi Tədqiqat İnstitutunun alimləri, ali təhsil ocaqlarının müəllimləri və tələbələri, KİV nümayəndələri.

"Yakutiya seysmoproqnozu" layihəsi üzrə REA-nın Sankt Peterburq Elmi Mərkəzinin hidrofizikanın fundamental və tətbiqi problemləri şurasının geniş bürosunun həlli burada bir informasiya hadisəsi oldu. Həllin müəllifləri Arktika Elmlər Akademiyası, AMEA İdarəetmə Sistemləri İnstitutu və SİNAM şirkəti oldu. Layihəni AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri namizədi Tahir Əlizadə təqdim etdi.

Layihənin praktiki icrası ilə SİNAM şirkəti məşğul olacaq. Bundan əlavə, seminar zamanı SİNAM şirkəti ağır iqlim şəraitli həmin ərazilərin inkişafını yüksək texnologiyalar vasitəsilə həyata keçirməyi təklif etdi. Tədbir zamanı şirkət özünün geo-informasiya sistemləri sahəsindəki işləmələri əsasında hazırlanmış həllər dəstini təqdim etdi. SİNAM şirkəti Arktika zonasına daxil olan ölkələrdə avtomatlaşdırılmış monitorinq sistemini, şəhər ünvanlarının informasiya idarəetmə sistemini, şəhər avtonəqliyyatının informasiya idarəetmə sistemlərini tətbiq etmək, elektron xəritə və naviqasiyanı yaratmaq təklifini irəli sürdü.

Onu da qeyd etmək lazımdır ki, Arktika şimal qütbünə birləşən və Avrasiya və Şimali Amerika materiklərinin hissələrini əhatə edən Yer kürəsinin vahid fiziki-coğrafi ərazisidir. Bəzi məlumatlara görə Arktikanın ərazisi 21 milyon kv.km. təşkil edir. Bəzi proqnozlara görə Arktikada 90 milyard barel neft vardır. Arktikanın öyrənilməsi həmin ərazilərə cavabdeh ölkələrin prioritetlərindən hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti