...

Unibank-dan real sektora 20 milyonluq dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Dünyanın tanınmış maliyyə qurumlarından olan "İNG Group" Unibank-a 20 milyon ABŞ dolları həcmində kredit ayırıb. Vəsait biznes layihələrinin maliyyələşdirilməsinə və ölkə iqtisadiyyatında real sektorun inkişafına yönəldiləcək. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Qeyd edək ki, ölkə bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu günlərdə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bankın reytinqini əvvəlki səviyyədə təsdiqləyib. Beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün də reytinqi B "stabil"dir. "Fitch" mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır.

Xatırladaq ki, "Fitch Ratings" agentliyi Unibank-ın reytinqini yüksəldən zaman kredit portfelinin artımını, yüksələn gəlirliliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti