...

“Rolls-royce motor cars” yeni “Tiger Phantom Coupe” modelini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2015 12:58 (UTC +04:00)
“Rolls-royce motor cars” yeni “Tiger Phantom Coupe” modelini təqdim edib.
“Rolls-royce motor cars” yeni “Tiger Phantom Coupe” modelini təqdim edib

Bakı. Trend:

"Rolls-royce motor cars" yeni "Tiger Phantom Coupe" modelini təqdim edib.

"Rolls-Royce Motor Cars" şirkəti Dubayda keçirilən beynəlxalq avtomobil sərgisində "Bespoke" proqramın tam misilsizliyini nümayiş etdirərək xüsusi sifarişlə yığılan yeni "Tiger Phantom Coupe" modelini təqdim edib.

Modelin konsepsiyası "Rolls-Royce Motor Cars" şirkətinin ekspertləri tərəfindən hazırlanıb və iki il ərzində "Rolls-Royce"un vətənində Qudvudda, İngiltərədə yığılıb. Dizayn baxımından "Tiger Phantom Coupe" modeli adaşından ilhamlanaraq bütün gücünü, nəcibliyini və sərtliyini avtomobil şəklində ifadə edir.

Zərif, dominant və güclü keyfiyyətlərə malik olan "Tiger Phanton Coupe" sarı- qəhvəyi və dəniz mərcanqulu rənglərində dəri interyeri, əl ilə tikilmiş başaltı, qoç mokasindən olan ayaqaltı, abnos ağacından olan xarici qat və xüsusi sifarişli yer örtülüyü bu modelin individuallığı bir daha vurğulayır.

"Rolls-Royce Motor Cars AGMC" şirkətinin baş direktoru Mamduh Hayrallah bildirib: "Dubay - insanı ruhlandıran şəhərdir, təsadüf deyil ki, bu avtomobilin debütü məhz bu şəhərdə baş tutdu. Qeyri-adi avtomobil yaratmaq məqsədi ilə biz pələngin yırtıcı və əzəmətli ruhunu canlandırmağa çalışdıq. "Rolls-Royce Motor Cars AGMC" və "Bespoke" komandalarının Qudvudda birgə işi nəticəsində bu xüsusiyyətləri avtomobilin hər bir elementində yerləşdirərək "Rolls-Royce" individuallığı vurğulanıb. Hansı digər avtomobil markaları müştərilərinə onları dünyada əhatə edən ideyaları şəxsi avtomobil şedevrini yaratmaq üçün imkan yaradır?"

Avtomobil həvəskarları 10-14 noyabr tarixlərində Dubayda keçirilən beynəlxalq avtomobil sərgisində "Rolls-Royce Motor Cars" şirkətinin bu misilsiz modelindən zövq almaq imkanını əldə etmişlər. Sözügedən avtomobil "Bespoke" lüks avtomobillərin kulminasiyası hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti