Bakı. Trend:
Unibank-ın İdarə Heyətinin üzvü və Risk departamentinin rəhbəri Azad Qasımov indi öz karyerasını iri qeyri-maliyyə holdinqində yüksək rəhbər vəzifədə davam etdirəcək. Bu barədə Trend-ə Unibank-dan verilən məlumatda bildirlir.
Məlumatda qeyd olunur ki, Korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev isə ölkənin kommersiya banklarından birində öz fəaliyyətini davam etdirəcək.
Unibank rəhbərliyi Azad Qasımova və İqor Okayevə banka verdiyi töhfələrə görə, dərin minnətdarlığını bildirir və karyeralarında uğurlar arzulayır.