...

Azərbaycan yüklərin ixracı üzrə xərcləri azaltmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2015 17:57 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlardan yükdaşıma xərclərinin azaldılması üzrə təkliflər gözləyir.
Azərbaycan yüklərin ixracı üzrə xərcləri azaltmağa hazırlaşır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlardan yükdaşıma xərclərinin azaldılması üzrə təkliflər gözləyir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda İxracatçılar Klubunun ikinci iclasında deyib.

O, qeyd edib ki, ixracatçıların üzləşdiyi əsas problemlərdən biri sertifikasiya məsələsidir: "Fikrimcə, sertifikasiya ilə bağlı bəzi dəyişikliklər edə bilərik".

Nazirin sözlərinə görə, son 10 ildə Azərbayanın əmtəə dövriyyəsi 4 dəfə artıb: "Ölkəyə qoyulan investisiyaların həcmi isə 200 milyard dolları ötüb. Bunun 48 faizi xarici investisiyaların payına düşür. Bu ilin 10 ayında Azərbaycanın əmtəə dövriyyəsi 17,2 milyard dollar təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti