...

“PAŞA Həyat” ötən ilin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 14:29 (UTC +04:00)
Azərbaycanın həyat sığortası bazarının lider şirkəti olan “PAŞA Həyat” 2015-ci il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
“PAŞA Həyat” ötən ilin yekunlarını açıqlayıb

Bakı. Trend:

Azərbaycanın həyat sığortası bazarının lider şirkəti olan "PAŞA Həyat" 2015-ci il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.

Şirkətin Strateji inkişaf üzrə direktoru İsrail Qarayevin verdiyi məlumata görə, ötən il ərzində şirkətin sığorta haqlarının həcmi əvvəlki il ilə müqayisədə 30% və ya 12,623 mln. manat artaraq 54,526 mln.manata çatıb.

İ.Qarayev bildirib ki, ötən il üzrə sığorta portfeli "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası", "həyatın ölüm halından sığortası", "həyatın yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta" və "əmək qabiliyyətinin sığortası" növləri üzrə əldə olunan yığmlar hesabına formalaşıb".

Şirkətin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi haqda məlumat verən İ.Qarayev 2015-ci ildə bu məbləğin əvvəlki illə müqayisədə təxminən 5 dəfə və ya 13,483 mln. manat artaraq 16,350 mln. manata çatdığını vurğulayıb. "Ötən il ərzində verilən sığorta ödənişləri daha çox "həyatın yaşam (yığım) sığortası", "kredit götürən şəxslərin həyat sığortası" və "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası" növləri üzrə həyata keçirilib" - deyə İ.Qarayev qeyd edib.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Aktivlərinin həcminə, kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti