...

“AtaTravel” MMC “Şahdağ-Ləzə”yə iki günlük tur təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 10:28 (UTC +04:00)

Bakı. Trend:

"AtaTravel" MMC 23-24 yanvar 2016-cı il tarixlərində "Şahdağ-Ləzə"yə iki günlük tur təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Şahdağ-Ləzə" turunun bir nəfər üçün qiyməti nəqliyyat xidməti (Bakı-Laza-Şahdağ-Bakı), bir dəfə səhər yeməyi, 1 dəfə nahar qiyməti, 1 dəfə şam yeməyi, 1 gecə kənd evlərində gecələmə, Şahdağ Qış-Yay turizm kompleksinə giriş, tur rəhbəri və fotoşəkil daxil olmaqla 49 AZN təşkil edir.

Birinci günün proqramına Ləzə kənd evində istirahət, çay fasiləsi, Ləzə kəndinin tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq, şəlaləyə yürüş və Ləzə ətrafında dağlarda gəzinti daxildir. İkinci günün proqramına Şahdağ Qış-Yay Turizm Kompleksinə giriş daxildir. Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən Şahdağ Turizm Kompleksinə kompleksinə gələ bilərlər. Burada peşəkarlar, yeni başlayanlar və uşaqlar üçün müxtəlif çətinlik dərəcələrinə görə xizək enişləri qonaqların xidmətindədir.

Böyüklərin kanat yollarından istifadəsinin bir nəfər üçün qiyməti 5 AZN-dən başlayır və müddətdən asılı olaraq dəyişilir. Xizək ləvazimatlarının kirayəsinin bir nəfər üçün qiyməti 20 AZN-dən başlaylır və xizək ləvazimatlarının sayından asılı olaraq dəyişilir. Xizək ləvazimatlarının kirayələnməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. 6-12 yaş həddində olan uşaqlar üçün kanat yollarından istifadə qiyməti 4 AZN-dən başlayır və
xizək ləvazimatlarının qiyməti 18 AZN təşkil edir. Qeyd edək ki, xizək kirayələnməsi məhdud saydadır.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir.

"AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti