...

"Gəncəbank"ın lisenziyası ləğv olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2016 09:36 (UTC +04:00)
“Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
"Gəncəbank"ın lisenziyası ləğv olunub

Bakı. Trend:

"Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilib.

Azərbaycan Mərkəzi Bankından (MB) Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilib.

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

"Gəncəbank" ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti