...

Azərbaycanda pambıq istehsalçıları güzəştlər əldə edəcəklər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 13:01 (UTC +04:00)
Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək.
Azərbaycanda pambıq istehsalçıları güzəştlər əldə edəcəklər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:47-də yayımlanıb)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektivli sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi" konfransında deyib.

Onun sözlərinə görə, istehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır: "Biz kənd təsərrüfatı istehsalçılarına daha sərfəli qiymətlər təklif etmək üçün bu şirkətlərlə danışıqlar aparırıq. Hökumət pambıqçılıqla məşğul olan sahibkarların güzəştli kreditləşməsini artırmağı da planlaşdırır. Pambıq istehsalçılarının maliyyə çıxışını sadələşdirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti