...

Nikoil Bank müştərisinə 15 min dollar hədiyyə etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2016 19:46 (UTC +04:00)
Bankın 21 müştərisi bu dəyərli hədiyyələrin sahibləri olub.
Nikoil Bank müştərisinə 15 min dollar hədiyyə etdi (FOTO)

Bakı. Trend:

Bu gün Nikoil Bank-ın Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisində "Nikoil | 2016" ənənəvi yeni il əmanət aksiyasının başa çatması ilə əlaqədar olaraq, aksiyada qalib olan əmanətçilərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.

Lotereyada 20 ədəd "Samsung" smartfonu və 15 000 ABŞ dolları məbləğində pul mükafatı oynanılıb. Bankın 21 müştərisi bu dəyərli hədiyyələrin sahibləri olub.

Xatırladaq ki, aksiya 23 noyabr 2015-ci il tarixindən 25 yanvar 2016-cı il tarixinədək davam edib.

Lotereyanın şərtlərinə əsasən, hər 1000 - 5000 AZN/USD/EUR dəyərində əmanət yerləşdirənə 1 şans, növbəti hər 5000 AZN/USD/EUR yerləşdirmə isə əlavə 1 şansa bərabər idi. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edirdi. Bir əmanətçi yalnız 1 dəyərli hədiyyə qazana bilərdi. Uduşda, eyni zamanda hazırda aktiv olan bütün əmanətlər iştirak edirdi.

Bu günədək aksiya çərçivəsində 60 mln. manatdan artıq əmanət cəlb edilib. Hazırda Nikoil Bank-ın ümumi depozit portfeli 321 mln. manat təşkil edir.

Bugün Nikoil Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində 21 satış məntəqəsindən ibarətdir. Nikoil Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti