Bakı. Ənvər Məmmədov - Trend:
Beş gün ərzində sığorta hadisəsi baş vermiş Bank of Azerbaijan-ın əmanətçilərinə 12 milyondan artıq kompensasiya ödənilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığorta Fondunun (ADİF) məlumatında qeyd olunub.
Ödənişlər bank-agent təyin edilmiş Muganbank və Rabitabank-ın filiallarında həyata keçirilir.
Bank of Azerbaijan-da sığorta olunmuş əmanətlərin ümumi həcmi 24,2 milyon manat təşkil edir.