...

PAŞA Bankın dəstəyi ilə gənc sahibkarlar üçün biznes-forum keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 16:04 (UTC +04:00)
Lənkəran və Xaçmaz regionunun iştirakçıları üçün biznes-forum təşkil edilib.
PAŞA Bankın dəstəyi ilə gənc sahibkarlar üçün biznes-forum keçirilib

Bakı. Trend:

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı" çərçivəsində "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyi Lənkəran və Xaçmaz regionunun iştirakçıları üçün biznes-forum təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarlarını bir araya gətirərək onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək olub. PAŞA Bankın "Gənclik" Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. Bununla yanaşı, PAŞA Bankın təmsilçisi gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.

Qeyd edək ki, PAŞA Bank və JAA tərəfindən gerçəkləşdirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı"nın əsas məqsədi fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti