Bakı. Ənvər Məmmədov - Trend:
Altı gün ərzində sığorta hadisəsi baş vermiş Bank of Azerbaijan-ın əmanətçilərinə 14 milyon manatdan artıq kompensasiya ödənilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığorta Fondunun (ADİF) məlumatında qeyd olunub.
Ödənişlər bank-agent təyin edilmiş Muganbank və Rabitabank-ın filiallarında həyata keçirilir.
Gence Bank-ın əmanətçilərinə də kompensasiyaların verilməsi prosesi başlayıb. Proses Rabita Bank, Unibank və Kapital Bank-ın filiallarında həyata keçirilir.
Bank of Azerbaijan-da sığorta olunmuş əmanətlərin ümumi həcmi 24,2 milyon manat, Gence Bank-da isə 1,5 milyon manat təşkil edir.