...

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 19:05 (UTC +04:00)
Fevralın 5-də Azərbaycan Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.
Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib

Bakı. Trend:

Fevralın 5-də Azərbaycan Maliyyə Nazirliyinin "Bakı Fond Birjası" QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79% və 8.8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti