...

"United Credit Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə agent bank "Unibank" oldu (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 12:35 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:35-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabahdan etibarən "United Credit Bank"ın əmanətçilərinə kompensasiyaları ödəməyə başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

"Unibank" agent bank təyin edilib, yəni "United Credit Bank"ın müştəriləri kompensasiya almaq üçün bu bankın filiallarına müraciət etməlidirlər.

O qeyd edib ki, ilkin məlumata görə, "United Credit Bank"da kompenasiya olunan əmanətlərin həcmi 2,72 milyon manat təşkil edir: "Biz bank üzrə məlumatları hələ tam təhlil etməmişik, çünki bir çox müştəri üzrə informasiya tam deyil. Fikrimcə, yaxın günlərdə bankın müştəri hesablarının tam təhlilini yekunlaşdıracağıq".

Xatırlayaq ki, fevralın 2-də "United Credit Bank" sığorta halı baş verib ki, bu da bankın əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətində olmaması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti