...

"British Airways" Azərbaycanda "On Business" proqramına start verir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 16:17 (UTC +04:00)
“British Airways” aviaşirkəti Azərbaycanda kiçik və orta biznes nümayəndələrinə səyahət üçün nəzərdə tutulmuş büdcələrindən daha çox faydalanmağa yardım edəcək yeni “On Business” proqramına başlayır.
"British Airways" Azərbaycanda "On Business" proqramına start verir (FOTO)

Bakı. Trend:

"British Airways" aviaşirkəti Azərbaycanda kiçik və orta biznes nümayəndələrinə səyahət üçün nəzərdə tutulmuş büdcələrindən daha çox faydalanmağa yardım edəcək yeni "On Business" proqramına başlayır.

Yeni təklif "British Airways", "Iberia" və "American Airlines" aviaşirkətlərinin biznes-loyallıq proqramlarını özündə birləşdirir ki, bu da müştərilərə vahid sxem üzrə ballarını toplanmasına və istifadəsinə imkan yaradır.

Müştərilərə artıq 30 mln. funt sterlinqə yaxın qənaət etmək imkanı yaratmış təkmilləşdirilmiş "On Business" proqramı çərçivəsində ballar səyahət məsafəsinə və uçuş sayına görə deyil, müştəri tərəfindən xərclənmiş məbləğə görə hesablanır.

Məşhur proqramın digər yeni üstünlükləri:

  • seçilmiş reyslərdə pul endirimləri;
  • qənaət etmək imkanlarının artırılmasına şərait yaradan üçpilləli sistem;
  • proqramın üzvləri üçün seçilmiş təkliflər və bonuslar;
  • onlayn şəkildə hesabın yeni və asan idarə olunması.

Yeni "On Business" proqramı daha çevik olub və bunun sayəsində sözügedən proqramın iştirakçıları dərhal qənaət edə bilir - uçuşlara endirim avansı ilə - təbii ki, əgər bu, şirkət üçün balların toplanmasından daha əlverişli olarsa.

Tətbiq olunan üçpilləli sistem müştərilər tərəfindən il ərzində həyata keçirilən uçuşlara şamil olunur. İstifadəçilər qeyd olunan sistemin hər bir pilləsində irəliləyərək mükafat uçuşlarından yararlanıb və ya təyyarənin salonunda sinfi artıraq daha çox qənaət edir.

Sistemin başlanğıc pilləsində olan sərnişinlər 2 200 funt sterlinq xərcləməlidirlər ki, lazımi miqdarda bal toplayaraq Britaniya daxilində və ya Avropa üzrə mükafat uçuş qazana bilsinlər. Bununla belə, "BA Executive Club" və "Iberia Plus" proqramlarının iştirakçıları eyni sxem üzrə imtiyaz qazanır.

"On Business" proqramının yeniliyinin bir hissəsi də tam yeni olan veb-səhifədir ki, bu resurs balların toplanma prosesini və onlardan effektiv şəkildə istifadəsini maksimal asanlaşdırır. Veb-səhifə vasitəsilə, həmçinin kimin harada və nə zaman topladığı balları görmək mümkündür ki, bu da daha çox qənaət etməyə imkan yaradır.

"British Airways"in Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionu üzrə direktoru Paolo de Renzis bildirib: "Apardığımız tədqiqat onu göstərdi ki, müştərilərimiz tərəfindən rahat qavranılacaq və səyahət xərclərini idarə olunmasında kömək edəcək bir proqram hazırlanmalıdır. Proqrama dəyişikliklər məhz bütün bu məqamlar nəzərə alınaraq edilib. Xərclərə əsaslanmış balların rahat toplanması, güzəştlər üzrə dərhal qənaətin edilməsi üçün asan üsul və loyallıqla nail olmaq üçün mərhələlər. Məhz buna görə proqram Azərbaycanda inkişafda olan biznes sektorun uçuş tələblərinə ən yaxşı şəkildə cavab verəcək".

"British Airways" haqqında:

∙ "British Airways" 10-u İngiltərə, 106 Avropa və 83 dünyanın digər istiqamətlərinə olmaqla 199 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ "British Airways" vətəni London "Heathrow"da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ "British Airways" hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ "British Airways"in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi "Skytrax" mükafatına layiq görülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti