...

İkinci sınaq qatarı Bakıdan yola salınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 15:16
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci sınaq qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
İkinci sınaq qatarı Bakıdan yola salınır

Trend-i buradan izləyin

Bakı. Trend:

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci sınaq qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir ki, ərzaq məhsulları və metal məmulatlar yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir.

Konteyner qatarının 31 vaqonu bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qarabağ" bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək.

Xatırladaq ki, birinci sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də Xəzər Dəniz Gəmiçiliyinin "Azərbaycan" bərəsi ilə yola salınmış və yanvarın 23-də Aktauya çatdırılmışdı. Bu zaman heç bir ləngiməyə yol verilməmişdi. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurmuşdu. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və ikinci sınaq qatarının Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub.

Xəbər lenti

Xəbər lenti