Bakı. Trend:
2016-cı ilin yanvar ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33,0 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7 faiz, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5 faiz artıb, avtomobil nəqliyyatında 1,4 faiz azalıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9 faiz artıb.