Bakı. Trend:
Fevralın 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan Trend-ə verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib.
Sifarişlər 95,2505% (gəlirlilik 5.00%) və 97.1000% (gəlirlilik 2.99%) qiymət intervalında təqdim edilib.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti - 96.6184 (gəlirlilik 3.51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlilik 3.08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib.
İstiqrazların ödəmə tarixi 10 fevral 2017-ci il, tədavül müddəti isə 364 gündür.
Bakı Fond Birjasında, həmçinin Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon dollar təşkil edib. Sifarişlər 98.6890% qiymətlə təqdim edilib.
Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.