...

Sue Vitbread: Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 10:37 (UTC +04:00)
Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Sue Vitbread: Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. Trend:

Britaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu barədə Londonda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilmişdir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən Britaniyanın Ticarət və İnvestisiya Departamentinin rəsmisi xanım Sue Vitbread qeyd etmişdir ki, 2015-ci ilin oktyabrında Bakıda Böyük Britaniya-Azərbaycan Əməkdaşlıq Forumu keçirilmişdir. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bu ilin aprelində Britaniyanın neft-qaz maşınqayırması sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır.

İclasa həmsədrlik edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev nümayəndə heyətinə iqtisadiyyatın digər sahələri üzrə fəaliyyət göstərən iş adamlarının da cəlb olunmasını təklif etmiş, Britaniya tərəfi təklifi razılıqla qarşılamışdır.

Mətbuat Xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti