...

Texnikabank-ın əmanətçilərinə 3,9 milyondan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 19:30 (UTC +04:00)
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən kompensasiya ödənişi davam edir.
Texnikabank-ın əmanətçilərinə 3,9 milyondan çox kompensasiya ödənilib

Bakı. Trend:

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən kompensasiya ödənişi davam edir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, sənədləri qaydasında olan əmanətçilərə 3,9 milyondan artıq kompensasiya ödənilib.

"Texnikabank" əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank", "Rabitəbank", "Unibank" və "Kapitalbank" seçilib.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə də kompensasiyaların ödənilməsi davam edir.

Seçilmiş agent banklar tərəfindən "Bank of Azerbaijan"ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 20,6 milyon manatdan artıq kompensasiya ödənilib. "Gəncəbank"ın əmanətçilərinə isə 558 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti