...

Dünya Bankı: Bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 19:23
Dünya Bankı Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir.
Dünya Bankı: Bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, bank tərəfindən Sumqayıt Kimya Sənaye Parkı üçün texniki dəstək göstərilib və hazırda "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır.

Ş.Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirləri daha da gücləndirilib, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apelyasiya şuraları yaradılıb.

Nazir yeni iqtisadi şəraitdə Dünya Bankı ilə daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım M.Tembo Azərbaycanın iqtisadi sahədə gördüyü işləri yüksək qiymətləndirib, bankın bu addımları dəstəklədiyini bildirib. O vurğulayıb ki, əgər bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi. Bu qabaqlayıcı tədbirlər neqativ xarici iqtisadi təsirləri əsasən neytrallaşdırmağa imkan yaradıb. Hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Xanım M.Tembo Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətə, proqramlara, eləcə də özəl sektora Dünya Bankının dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti