...

"Imperial Tobacco" şirkətinin tütün məmulatlarının qiymətləri azaldıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 11:38 (UTC +04:00)
Dünyanın ən iritütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın "Imperial Tobacco" şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.
"Imperial Tobacco" şirkətinin tütün məmulatlarının qiymətləri azaldıldı

Bakı. Trend:

Dünyanın ən iri tütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın "Imperial Tobacco" şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.

Şirkətin Azərbaycanda satılan brendlərindən Davidoff, West, İmperial Classic, Prima, P&S kimi tanınmış siqaret markalarının adını çəkmək olar.

Qeyd etmək lazımdır ki, "Imperial Tobacco" təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır.

Məhz bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda "Imperial Tobacco" məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır.

Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:

Davidoff- 3 AZN
West Compact - 2 AZN
Imperial Classic Slims və Imperial Classic Compact - 1.80 AZN
Classic King Size - 1.60 AZN
Prima Deluxe - 1.40 AZN
P&S - 2 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti