...

Azərbaycanda dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 14:45 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2016-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 243,27 milyon manat vəsait köçürüb
Azərbaycanda dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2016-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 243,27 milyon manat vəsait köçürüb. Bu barədə Trend Komitənin hesabatına istinadən məlumat verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə iki ay ərzində daxilolmaların həcmi 16,1 faiz artıb. Fevralda daxilolmaların həcmi 139,64 milyon manat olub.

Məlumata görə, yanvar-fevral aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 39,44 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 96,69 milyon manat, aksizlər 1,3 milyon manat, yol vergisi isə 2,2 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti