...

Kənd Təsərrüfatı Nazirliyi mütəxəssis hazırlığına başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 21:19 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi qabaqcıl bilik və bacarıqlara yiyələnmiş süni mayalama mütəxəssislərin hazırlanmasına olan ehtiyacı nəzərə alaraq, BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO) ilə texniki əməkdaşlıq həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi mütəxəssis hazırlığına başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi qabaqcıl bilik və bacarıqlara yiyələnmiş süni mayalama mütəxəssislərin hazırlanmasına olan ehtiyacı nəzərə alaraq, BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı" (FAO) ilə texniki əməkdaşlıq həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə "Azərbaycanda Maldarlığın və Süni Mayalandırma Xidmətlərinin İnkişaf Etdirilməsi Layihəsi" çərçivəsində nazirliyin təşkilatçılığı ilə heyvanların süni mayalandırılması mövzusunda ixtisasartırma və kadrların yenidən hazırlanması məqsədilə nəzəri-praktik təlimlərə başlanıb. Hər bir təlim kursu beş gündən ibarət olmaqla Respublika Süni Mayalama Mərkəzində keçirilir.

İstifadə edilən təlim materialları və tədris metodologiyası layihənin dəstəyi ilə hollandiyalı beynəlxalq məsləhətçilər Con Bonnier və Corc Siderius tərəfindən hazırlanıb. Yerli kadrların hazırlığınının davamlılığını təmin etmək məqsədilə ixtisaslı süni mayalanma mütəxəssislərindən 7 nəfər seçilərək təlimatçı kimi beynəlxalq məsləhətçilər tərəfindən xüsusi təlim kursunda hazırlanıb, bilik və bacarıqları qiymətləndirilərək müvafiq sertifikata layiq görülüb.

Hazırda sözügedən təlimlər təlimatçı kimi hazırlanmış yerli mütəxəssislər tərəfindən aparılır.

Müvafiq qanunvericiliyə uyğun olaraq təlimdə ali və ya orta ixtisas təhsili olan baytarlıq və zootexnik mütəxəssisləri iştirak edə bilərlər. Təlimin sonunda iştirakçıların praktik bacarıqları qiymətləndirildikdən sonra onlara sertifikatlar verilir.

Təlim kurslarının ayda bir və ya iki dəfə təşkil olunmaqla 2017-ci ilin may ayına qədər keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti