...

Bankların yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2016 12:56 (UTC +04:00)
Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır.
Bankların yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi vətəndaşın hüququnun pozulmasıdır.

Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bankların dollarla kredit verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir".

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti