...

“Qatar Airways”dən bahar endirim kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2016 10:06 (UTC +04:00)
World’sDünyanın ən yaxşı hava yolu şirkəti baharın gəlişi ilə 30%-ə qədər endirimlər kampaniyasına başlayıb.
“Qatar Airways”dən bahar endirim kampaniyası

Bakı. Trend:

World'sDünyanın ən yaxşı hava yolu şirkəti baharın gəlişi ilə 30%-ə qədər endirimlər kampaniyasına başlayıb.

Dünyanın aparıcı aviaşirkətlərindən biri olan "Qatar Airways" baharın gəlişi ilə yeni qiymət endirimi kampaniyasına start verir. Şirkətdən Trend-ə verilən məlumata görə, bu aviaşirkətlə uçan müştərilər yalnız yüksək xidmət deyil həm də xüsusi endirimlər qazanacaqlar.

Dünyanın 150-dan çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən "Qatar Airways" bu dəfə Bakıdan Dubay, Maldiv, London, New York, Washington, Abu Dhabi, Sharjah, Ras Al Khaimah və.s istiqamətlərə səyahət edəcək müştərilərinə 30%-ə qədər endirim tətbiq edəcək.

Müştərilər xüsusi endirimli səyahət biletlərini "Qatar Airways" Bakı ofisindən, www.qatarairways.com veb saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

Bu kampaniya 4-18 Aprel tarixləri arasında həyata keçiriləcək və yalnız Bakıdan səyahət edən müştərilərə şamil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti