...

Azərbaycanda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının İşçi Qrupunun 2-ci toplantısı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2016 10:11 (UTC +04:00)
Aprelin 5-7-də Azərbaycan Hesablama Palatasında EUROSAI-ın (Beynəlxalq Audit Qurumlarının Avropa təşkilatı) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci Toplantısı keçirilib.
Azərbaycanda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının İşçi Qrupunun 2-ci toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 5-7-də Azərbaycan Hesablama Palatasında EUROSAI-ın (Beynəlxalq Audit Qurumlarının Avropa təşkilatı) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci Toplantısı keçirilib.

Palatadan Trend-ə verilən məlumatda bildirilir ki, toplantıda 13 ölkənin Ali Audit Qurumundan 30 nümayəndə iştirak edib.

Azərbaycanın Hesablama Palatası da daxil olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi, ilk Toplantısı Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərində keçirilən EUROSAI-ın bu İşçi Qrupunun 2-si müşahidəçi olmaqla 20 üzvü var.

"Fəlakətlə bağlı yardımın auditinə dair təlimatlar: fırıldaqçılıq və korrupsiya riskləri, məlumat əldə edilməsində yeni metodlardan istifadə" mövzusuna həsr olunmuş Toplantıda Palatanın auditoru Vaqif Həsənov və Ukrayna Hesablama Palatasının üzvü, Kənd təsərrüfatı sahəsi, Təbiətin mühafizəsi və Fövqəladə halların auditi departamentinin direktoru xanım Mariya Şuleşko tədbir iştirakçılarını salamlayıblar.

İştirakçıların və proqramın gündəliyinin təqdimatından sonra Türkiyə Hesablama Məhkəməsinin Baş Auditoru xanım Arifə Coşkunun "Fəlakət riskinin azaldılmasının auditində ISSAI 5510-dan necə istifadə etməli?" mövzusunda təqdimatı dinlənilmiş və müzakirə edilib.

İndoneziya Respublikası Audit Şurasının və Ukrayna Hesablama Palatasının məsul əməkdaşları tərəfindən təqdim olunmuş məruzələrdən sonra Niderland Audit Məhkəməsindən Egbert Jongsma "Fəlakətin idarə edilməsinin auditində coğrafi məlumatdan istifadə" mövzusu ilə Skype vasitəsilə seminara qoşulub.

Toplantının ilk iş gününün sonunda tədbir iştirakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar.

Toplantının ikinci iş günü Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədovun açılış nitqi ilə başlayıb.

Ukrayna Hesablama Palatasının sədri Roman Maqutanın, İtaliya Hesablama Məhkəməsinin Prezidenti Raffaele Squitierinin açılış nitqindən sonra Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşkonun moderatorluğu ilə Toplantının plenar sessiyası keçirilib.

Ukrayna Hesablama Palatası, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Mixaylo Tolstanov "Fevral 2015 - Mart 2016 müddətində İşçi Qrupun fəaliyyəti barədə" hesabat təqdim edib.

Daha sonra Türkiyə, İndoneziya, Ukrayna, Azərbaycan Respublikası, Bolqarıstan, İtaliya, Polşa Ali Audit Qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb, Ukrayna, Belarus və Polşa Ali Audit Qurumları tərəfindən aparılmış "Bug çayının çirklənmədən mühafizəsi üzrə tövsiyələrin tətbiqi ilə bağlı beynəlxalq koordinasiyalı auditlərin ilkin nəticələri" ilə bağlı məruzə müzakirə edilmişdir. Sessiyaya Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşko yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti