...

Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2016 11:33 (UTC +04:00)
Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb.
Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artaraq 10303,5 milyon manata çatıb.

Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1073,5 manat və ya ayda 357,8 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,0 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 9304,1 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti