...

"Baltika-Bakı" şirkətinin rəhbər heyətində dəyişiklik

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2016 10:11 (UTC +04:00)
75 % bazar payı ilə ölkənin lideri Carlsberg Group-un Azərbaycandakı “Baltika–Bakı” şirkətinin rəhbər kürsüsünə mayın 1-dən Viktor Semak keçir.
"Baltika-Bakı" şirkətinin rəhbər heyətində dəyişiklik

Bakı. Trend:

75 % bazar payı ilə ölkənin lideri Carlsberg Group-un Azərbaycandakı "Baltika-Bakı" şirkətinin rəhbər kürsüsünə mayın 1-dən Viktor Semak keçir.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Şərqi Avropa regionunda klaster idarəetmə sistemini həyata keçirərək Viktor Semak Carslberg Group-un iki şirkəti üzərində rəhbərlik edəcək - "Baltika-Baku" və "Carslberg Kazakhstan".

Viktor Semak Qrupda karyerasına 2002-ci ildə Sankt-Peterburqda yerləşən "Vena" şirkətinin regional satış meneceri vəzifəsində başlamışdır. Bir il sonra Viktor satış üzrə direktor müavini, daha sonra isə satış üzrə direktor təyin olunmuşdur. 2005-ci ildə o, "Baltika" şirkətinin Qərbi regionunda satış üzrə vitse-prezident təyin olunmuşdur. 2007-ci ildə Viktor pivə istehsalı zavodu olan "Olivariya"-nın (Belarus) baş direktoru vəzifəsinin icrasına başlamışdır.

Onun rəhbərliyi ərzində şirkət ölkədə ən surətlə inkişaf edən və ikinci böyük pivə istehsalçısına çevrilərək bütün istiqamətlərdə böyük irəliləyiş etmişdir.

2013-cü ilin mart ayından Viktor Semak Carlsberg Kazakhstan şirkətinin prezidenti vəzifəsinə təyin olunmuşdur, hansı ki, iqtisadi çətinliklərə və hüquqi məhdudiyyətlərin sərtləşməsinə baxmayaraq satış həcmini və bazar payını artıraraq son illər ərzində böyük uğurlara nail olmuşdur.

"Baltika- Baku" pivə zavodu Xırdalan şəhərində Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Carslberg Group-un hissəsi olan "Baltika" şirkəti zavodu 2008-ci ildə əldə etmiş, və 2009 ilin may ayında rekonstruksiyadan sonra istifadəyə vermişdir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitrdir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. "Baltika-Bakı" şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 milyon AZN, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon AZN təşkil edir.

"Baltika-Bakı" məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-nı təşkil edir (2015-ci il). Şirkət "Xırdalan®", "Tuborg®", "Baltika 7®", "Baltika 0®", "Baltika 9®", "Xırdalan Draft®", "Kuler®", "Əfsanə®", "33 Export", "Jiqulyovskoye Firmennoye®" kimi tanınmış brendləri istehsal edir.

Carslberg Group 1847-ci ildə təsis olunmuş və hazırda dünyada ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. Carslberg Group dünyanın üç böyük regionu olan Qərbi Avropa, Şəqri Avropa və Asiyada onlarla ölkələrdə fəaliyyət göstərən zavodları ilə 150-dən artıq ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dən artıq pivə markası daxildir. Qrupun ümumi əməkdaşlarının sayı 45000-dən artıqdır.

Futbol üzrə 2016 Avropa Çempionatı Carslberg Group şirkətinin dəstəyi ilə keçiriləcək 8-ci turnir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti