...

Qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının akkreditasiya müddəti uzadıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2016 18:35 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının akkreditasiya müddəti 15 aprel 2021-ci il tarixinədək uzadılıb.
Qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının akkreditasiya müddəti uzadıldı

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının akkreditasiya müddəti 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Latviyanın "LATAK" Milli Akkreditasiya Bürosu tərəfindən verilən akkreditasiya sertifikatı qida məhsullarında mikrobioloji, toksikoloji və kimyəvi sınaqların aparılmasını əhatə edir və müayinələrin nəticələri Avropa İttifaqı ölkələri tərəfindən tanınır.

Qeyd edək ki, ekspertlər tərəfindən laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi, akkreditasiya sahəsinin daha 5 metod üzrə genişləndirilməsi, Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının növbəti 5 il üçün akkreditasiya müddətinin uzadılması məqsədilə keçirilmiş auditin müsbət nəticəsi olaraq laboratoriyaya akkreditasiya sertifikatı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti