Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Dağıstan arasında əlaqələr bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Trend-in məlumatına görə, bunu Bakıda iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya işgüzar görüşündə deyib.
Onun sözlərinə görə, rəsmi şəxslərin mütəmadi qarşılıqlı səfərləri, birgə tədbirlərin keçirilməsi qarşılıqlı əlaqələrin dərinləşməsinə olan marağı göstərir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Dağıstan məhsullarının əsas istehlakçısıdır və 2016-cı ilin birinci rübünün nəticələrinə əsasən ölkələr arasında əmtəə dövriyyəsi artıb.
Nazir Dağıstanın işgüzar dairələrini Azərbaycana dəvət edib.