...

"AzerGold" QSC-nin nizamnamə kapitalı 2 milyon manat səviyyəsində təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2016 10:46 (UTC +04:00)
Əsaq məqsədləri əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması olan "AzerGold" QSC-nin nizamnamə kapitalı 2 milyon manat səviyyəsində təsdiq olunub.
"AzerGold" QSC-nin nizamnamə kapitalı 2 milyon manat səviyyəsində təsdiq olunub

Bakı. Ənvər Məmmədov - Trend:

Əsaq məqsədləri əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması olan "AzerGold" QSC-nin nizamnamə kapitalı 2 milyon manat səviyyəsində təsdiq olunub.

Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin 11 may tarixində təsdiq etdiyi dövlət şirkətinin nizamnaməsində deyilir.

Cəmiyyətin nizamnamə kapitalı iki milyon manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 bir manat olan iki milyon ədəd adi səhmlərdən ibarətdir.
"AzerGold"un Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 nəfər üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibi İqtisadiyyat Nazirliyinin (2 nəfər), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər) və Əmlak Məsələləri Dövlət Komitəsinin (1 nəfər) nümayəndələrindən ibarətdir. Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti 3 il təşkil edir.

"AzerGold"un İdarə Heyətinin tərkibi 5 nəfərdən - cəmiyyətin sədrindən, 3 sədr müavinindən və İqtisadiyyat Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 1 nəfərdən ibarətdir.

"AzerGold"un strukturuna QSC-nin aparatı, onun İdarəsi, nümyəndəlik və filialları, eləcə də şirkətin törəmə strukturları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti