Bakı. Anaxanım Hidayətova - Trend:
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üzrə danışıqlar davam edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
O qeyd edib ki, mart ayından sonra heç bir görüş olmayıb: "Bu yaxınlarda Aşqabadda ticarət məsələləri üzrə keçirilən forumda ÜTT-nin Yeni üzvlərin qəbulu departamentinin direktoru ilə görüşdüm. Biz razılığa gəldik ki, yaxın vaxtlarda Azərbaycan üzrə işçi qrupunun çağırılması məsələsinə baxılacaq. Baxılmalı olan bir sıra sənədlər var".
Azərbaycanla ÜTT arasında növbəti görüş iyunun axırınadək baş tutacaq.