...

Azərbaycanda "Visa" kartları üzrə əməliyyatların sayı 13 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 16:25 (UTC +04:00)
Beş il ərzində Azərbaycanda "Visa" kartları üzrə əməliyyatların sayı 13 dəfə, dollarla ifadədə əməliyyatların həcmi isə 6 dəfə artıb.
Azərbaycanda "Visa" kartları üzrə əməliyyatların sayı 13 dəfə artıb

Bakı. Azad Həsənli - Trend:

Beş il ərzində Azərbaycanda "Visa" kartları üzrə əməliyyatların sayı 13 dəfə, dollarla ifadədə əməliyyatların həcmi isə 6 dəfə artıb.

Trend-in məlumatına görə, bunu "Visa" şirkətinin Azərbaycan, Belarus və Moldovada regional meneceri İqor Kovalyov Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regionun digər ölkələrində olduğu kimi, Azərbaycanda da kart sahibləri pulları daha çox bankomatlardan çəkirlər: "Mağazalarda xərclənmiş pulların həcmi istehlakçıların bankomatlardan çəkdikləri nağd vəsaitlərin həcmi ilə müqayisədə azdır. Burada maraqlı rəqəmi misal çəkmək olar: "Visa" kartlarından nağd vəsaitlərin çəkilməsi üzrə əməliyyatların sayı 5 il ərzində 2,5 dəfə artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti