...

Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 10:37 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək.
Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda 3-cü Donor Əlaqələndirmə Görüşü keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 6-da Bakı Biznes Mərkəzində keçirilməsi planlaşdırılmış tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunacaq.

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun iştirak edəcəyi Donor Əlaqələndirmə Görüşünə Dünya Bankı, İslam İnkişaf Bankı, ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (USAID), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EIB), BMT İnkişaf Proqramı (UNDP), Amerika Ticarət Palatası (AMCHAM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi 20-dən çox beynəlxalq təşkilat və birlik təmsilçilərinin, 10-a yaxın xarici ölkə səfirinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin qatılacağı gözlənilir.

Donor Əlaqələndirmə Görüşünün keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində bu təşkilatların dəstəyi ilə icrası davam edən layihələrin gedişinə diqqət ayırmaq, aqrar sahədə mövcud trendləri müzakirə etmək, gələcək əməkdaşlıqların istiqamətini müəyyənləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti