Bakı. Trend:
Unibankın mobil bankçılıq xidməti göstərir ki, Azərbaycanda artıq texnoloji banklar var.
Məşhur Viber proqramını yaradan şirkətin rəhbəri Nikolay Kurayev hansı bankların texnoloji yeniliklərə hazır olduğundan danışıb.
Dünyada texnoloji dəyişikliklərin sürətlə bir-birini əvəz etdiyi bir vaxtda, artıq alıcının satıcının ayağına gəlməsinə ehtiyac qalmır. Satıcı birbaşa alıcıya öz evində, iş yerində xidmət göstərir. Bu dəyişikliklər bank sektorundan da yan keçməyib. Bank xidmətində, məsafə məhdudiyyəti aradan qalxır, bank öz müştərisinə minlərlə kilometr uzaqdan və istənilən vaxt xidmət göstərə bilir. Maliyyə sahəsində innovasiyaların tətbiqinin ən uğurlu nümunəsi isə mobil banking-dir. Mobil banking maliyyə qurumlarına və müştərilərə nə verir və perspektivləri nədir?
Bu sualları dünyanın qabaqcıl İT həllər təklif edən şirkətlərindən biri, məşhur "Viber" proqramının yaradıcısı və fəaliyyəti dövründə yüzlərlə layihəni başa çatdıran "ScienceSoft" şirkətinin CEO-su Nikolay Kurayev cavablandırıb.
- Hazırda bank sektorunda mobil banking xidmətlərinə tələbat necədir?
Əvvala onu xatırlatmaq istəyirdim ki, şirkətimiz tərəfindən son 10 ildə uğurla başa çatdırılan 1000-ə yaxın layihədən 300-dən artığı mobil əlavələrlə bağlıdır. Hansı ki, bu mobil əlavələr sırf şirkətlərin maliyyə xidmətlərini optimallaşdırmağa yönəldilib. Bu da onu göstərir ki, bu gün bazarda maliyyə xidmətlərinin məsafədən göstərilməsinə tələbat artıb. Dünyanın sürətlə texnoloji yenilikləri tətbiq etdiyi bir vaxtda, texnoloji xidmətlərin tətbiqi banklarda seçimə yox, zərurətə çevrilib. Filial bankçılıq yerini alternativ kanallara verir, vəziyyət digital bankingin xeyinə dəyişir. Bu xidmətin üstünlükləri ilə yanaşı, bazarda tələbat və real şərait də var. Statistika göstərir ki, 2015-ci ildə mobil cihazlardan aktiv istifadə edənlərin sayı 3,7 milyardı ötüb və bu rəqəm sürətlə böyüməkdədir. Yəni bazarda kifayət qədər şərait var ki, banklar bu xidməti tətbiq eləsin. Müasir bankçılığı artıq mobil banking xidməti olmadan təsəvvür etmək mümkün deyil. Mobil ödənişlər bazarının vəziyyəti barədə dünyanın müxtəlif ölkələrində keçirilən sorğular göstərir ki, mobil bankçılıq müştərilər tərəfindən rəğbətlə qarşılanır. Respondentlərin 70%-ə yaxını bank əməliyyatlarını mobil telefon vasitəsi ilə keçirdiyini bildirib.
- Bankın mobil banking xidmətinin olması banka və müştərilərinə hansı üstünlüyü verir?
Mobil banking müştəriyə bankın bütün xidmət paketindən istənilən vaxt və dünyanın istənilən yerində rahat şəkildə istifadə imkanı verir. Çünki müasir aktiv cəmiyətin keyfiyyətli xidmətin göstərilməsi üzrə ən vacib kriteriyaları- hesablar üzrə əməliyyatların kompüter olmadan aparılması ya da tələb olunan məlumatın servis mərkəzinə yaxınlaşmaq imkanı olmadan əldə edilməsidir. Müasir müştəri istəyir ki, bank onunla 24 saat münasibətdə olsun, dünyanın istənilən yerində və istənilən vaxt, istədiyi əməliyyatı anında edə bilsin. Müştəri bankı ilə 24/7 təmasda olmaq istəyir və indi fasiləsiz xidmət göstərən, xidmətlərindən banka gəlmədən, məsafədən faydalanmaq müştərinin əsas seçim meyarları içərisindədəir. Mobil banking-in həm müştəri, həm də bank üçün müsbət tərəfi, faydaları var. Mobil banking xidmətinə qoşulan müştəri vaxtına qənaət etməklə yanaşı, evdən və ya ofisdən çıxmadan, hətta səyahətdə belə bank əməliyyatları həyata keçirə bilir. Günün 24 saatı hesablarına baxa, bank əməliyyatları edə bilir. Mobile banking-in təhlükəsizliyi şəxsi məlumatların etibarlı şəkildə qorunmasına imkan verir.
Bankın Mobil banking xidmətinin mövcudluğu müştərilərlər birbaşa ünsiyyətdə olan bank əməkdaşlarının da iş yükünün azaldılmasına imkan verir. Müştərilər bank xidmətlərinin çoxunu mobil banking-dən istifadə etdiyindən, filiallarda uzun növbələr yaranmır, bu isə ofis və əməliyyat xərclərini azaldır. Bank xidmətlərində çeviklik artır, müştərilər bankın yeniliklərindən elə mobil banking-dən xəbər tutduğundan, yenilikləri müştəriyə çatdırmaq üçün əlavə vəsaitlər xərclənmir. Xidmətin keyfiyyəti və sürətliliyi banka yeni müştərilər qazandırır.
- Sizin ekspertlər Azərbaycan banklarından birinin mobil banking xidmətinin hazırlanmasında yaxından iştirak ediblər. Azərbaycan bankları müştərilərini məsafədən bank xidməti ilə təmin etməyə nə qədər hazırdırlar?
Azərbaycanın banklarında son 4-5 ildə internet bançılıq xidmətlərindən istifadə olunur. Mobil banking xidməti üzərində isə son 2-3 ildə işlənilir. Biz bu yaxınlarda Azərbaycan bank bazarında ilk mobil banking xidmətlərindən olan Unibank Mobile-ın hazırlanmasında iştirak etdik. ScienceSoft və Unibank mütəxəssislərinin birgə əməyi nəticəsində yaradılan Unibank Mobile xidməti, müştərilərin gözlədiyi və arzuladığı bütün mümkün funksiyaları özündə birləşdirən mükəmməl mobil banking xidmətidir. Mobil əlavə bütün təhlükəsizlik tələblərinə cavab verir və Asan İmza funksiyalarına uyğun işlənilib. Biz bu əlavəni hər bir müştəri üçün fərdi məlumatlar əsasında hazırladıq. İstifadəçi şəxsin məlumatları əsas menyuda göstərilir, müştərinin balansı, etdiyi əməliyyatlar, yaxın müddətdə edəcəyi ödənişlər hamısı mobil əlavədə yerləşdirilib. Həmçinin Unibank Mobile müştəriyə imkan verir ki, bankın son yeniliklərindən, kampaniyalarından ən tez məlumat ala bilsinlər. Biz əminik ki, Unibank Mobile çox tezliklə ən çox istifadə olunan mobil əlavələr siyahısında olacaq və müştərilər bu xidmətdən faydalanacaqlar. Bildiyim qədəri ilə bank ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasında maraqlıdır. Hədəf Unibank müştərisinin banka gəlmədən, bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan Unibank Mobile bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
- Mobik bankinq xidmətinin perspektivini necə görürsüz?
Mövcud tendensiyalar göstərir ki, yaxın 5 ildə müştərilərin bank xidmətləri üçün banka gəlişi minimuma enəcək. Hər kəs bank xidmətinlərini elə öz mobil telefonundan faydalanacaq. Hətta proqnozlar var ki, 2030-cü ilədək 2 milyard insan mobil bankçılıqdan istifadə edəcək.