...

Bank VTB-nin mərkəzi filiallarının iş rejimi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 10:27 (UTC +04:00)
İyunun 10-dan 21-dək Bank VTB-nin (Azərbaycan) bütün mərkəzi filialları yeni iş rejiminə keçir.
Bank VTB-nin mərkəzi filiallarının iş rejimi dəyişdirilib

Bakı. Trend:

İyunun 10-dan 21-dək Bank VTB-nin (Azərbaycan) bütün mərkəzi filialları yeni iş rejiminə keçir.

Bankdan Trend-ə verilən məlumata görə, yeni qrafikə əsasən, Bakı şəhərinin mərkəzi hissəsində yerləşən bankın 5 filialı şənbə-bazar və bayram günü də daxil olmaqla həftənin 7 günü saat 9.00-dan 21.00-dək işləyəcək.

Filialların müvəqqəti iş rejiminə keçidi "Formula-1" Avropa Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

Yeni iş rejimində bankın aşağıdakı filialları müştərilərə xidmət göstərəcək:

• "İçərişəhər" filialı: "İçərişəhər" metrosu, İstiqlaliyyət küç., 51 ünvanında yerləşir;
• "Sahil" filialı: "Sahil" metrosu, Bülbül prospekti, 7, korpus "D" ünvanında;
• "Nizami" filialı: "Nizami" metrosu, Cəfər Cabbarlı küç., 6/8 ünvanında;
• "Azadlıq" filialı: Azadlıq prospekti, 92 (Nəsimi bazarı yaxınlığında) ünvanında;
• "28 May" filialı: metronun "28 may" stansiyası, Azadlıq prospekti, 18 ünvanında.

Bankın bu filialları öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti