...

Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiq edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 18:29 (UTC +04:00)
Azərbaycanda "Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası" təsdiq edilib.
Xarici yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiq edildi

Bakı. Trend:

Azərbaycanda "Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası" təsdiq edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Qayda Azərbaycan Respublikası ərazisində dəmir yolu ilə nəql edilən yüklərin Azərbaycan Respublikasının vahid gömrük ərazisindən (bundan sonra - gömrük ərazisi) Türkiyə Respublikasına və ya İran İslam Respublikasına, habelə Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə daşınan yüklərin Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqlinə davam etdirilməsi məqsədi ilə gömrük ərazisinə daxil olan və bu ərazini tərk edən xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə şamil edilir.

Avtonəqliyyat vasitələri aşağıda qeyd edilən daşımaları həyata keçirdikdə, yol vergisindən və dövlət rüsumundan azad olunur:

- Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

- Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq Türkiyə Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

- İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

- Türkiyə Respublikasından avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

- Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti