...

Qusarın daha 2 kəndinə təbii qaz verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2016 11:07 (UTC +04:00)
Qusar rayonunun daha 2 kəndinə təbii qaz verilib.
Qusarın daha 2 kəndinə təbii qaz verilib

Bakı. Trend:

Qusar rayonunun daha 2 kəndinə təbii qaz verilib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, iyulun 20-də Qusar rayonun Yuxarı Qələnxur və Zuxul kəndlərinə ilk dəfə təbii qaz verilib.

Rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə bildirilmişdir ki, Yuxarı Qələnxur kəndinin 134 abonenti var.

Abonentlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2618 metrlik polietilen və 7269 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 134 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

117 abonenti olan Zuxul kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 8883 metrlik polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib. Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti