Bakı. Trend:
"Moody’s İnvestors Service" beynəlxalq reytinq agentliyi "Xalq Bank"ın uzunmüddətli öhdəliklər reytinqini B2, neqativ proqnoz səviyyəsində saxladı.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, əlavə olaraq bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - B1(cr) / Not Prime(cr).
Perspektivləri dəyərləndirən "Moody’s" təhlilçiləri bəyan ediblər ki, "Xalq" Bankın reytinqinin təsdiqlənməsi bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.