...

Lisenziyası ləğv edilən 4 bank əmanətçilərinə 40 mln. manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2016 10:12 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40,4 milyon manat kompensasiya ödənilib.
Lisenziyası ləğv edilən 4 bank əmanətçilərinə 40 mln. manatdan çox kompensasiya ödənilib

Bakı. Ənvər Məmmədov - Trend:

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40,4 milyon manat kompensasiya ödənilib. Bu barədə Trend-ə Fonddan daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, 12 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti