...

Hindistan aviaşirkəti Azərbaycana reyslər təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2016 15:39 (UTC +04:00)
Hindistanın "GoAir" aviaşirkəti ölkə rəhbərliyindən 9 müxtəlif ölkəyə aviareyslər təşkil etmək barədə icazə əldə edib ki, bu ölkələr arasında Azərbaycan da var.
Hindistan aviaşirkəti Azərbaycana reyslər təşkil edəcək

Bakı. Maksim Tsurkov - Trend:

Hindistanın "GoAir" aviaşirkəti ölkə rəhbərliyindən 9 müxtəlif ölkəyə aviareyslər təşkil etmək barədə icazə əldə edib ki, bu ölkələr arasında Azərbaycan da var. Trend bu barədə Hindistan KİV-ə istinadən məlumat verir.

Aviaşirkət Mumbayda yerləşir. Şirkətin uçmağa icazə aldığı ölkələr - Azərbaycan, İran, Çin, Vyetnam, Maldiv, Özbəkistan, Qazaxıstan, Qətər və Səudiyyə Ərəbistanıdır. Hindistan aviaşirkəti bu ölkələrə 2017-ci ilin mart ayından başlayaraq uçuşlar həyata keçirəcək.

Məlumatda o da qeyd olunur ki, "GoAir" Mumbay, yaxud Dehlidən Bakıya mütəmadi olaraq həftədə üç dəfə uçuş həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti