...

9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2016 17:10 (UTC +04:00)
4 bank üzrə ümumilikdə 69 miyon 631 min manatdan artıq kompensasiya ödənilib.
9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən avqustun 25-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9 milyon 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilib.

Trend-in ADIF-ə istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 69 miyon 631 min manatdan artıq kompensasiya ödənilib.

Müflis olmuş bank əmanətçilərinə 212 mln. manatdan çox kompensasiya ödənilib

Müflis olmuş bank əmanətçilərinə 212 mln. manatdan çox kompensasiya ödənilib

25 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 138 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 4 milyon manatdan artıq kompensasiya ödənilib.

Avqustun 25-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 504 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 451 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti