...

Azərbaycanın bəzi şirkətləri Rusiyaya birbaşa məhsul ixrac edə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2016 15:47 (UTC +04:00)
AZPROMO-nun dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan “X5 Retail Group” şirkətinin rəhbər heyəti sentyabrın 8-də 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.
Azərbaycanın bəzi şirkətləri Rusiyaya birbaşa məhsul ixrac edə biləcəklər

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik “X5 Retail Group” şirkətinin rəhbər heyəti bu gün 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.

Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, görüşdə "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"na üzv olan şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunub, meyvə-tərəvəz məhsullarının “X5 Retail Group”la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti