...

Bağlanan bankların əmanətçilərinə 706 milyon manatdan çox kompensasiya ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2016 12:12 (UTC +04:00)
“Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 420 milyon 272 min manat artıq kompensasiya ödənilib.
Bağlanan bankların əmanətçilərinə 706 milyon manatdan çox kompensasiya ödənilib

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən noyabrın 18-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 852 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 267 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 005 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görrə, 4 bank üzrə ümumilikdə 125 miyon 145 min manatdan artıq kompensasiya ödənilib.

Həmin gün “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 217 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 143 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.

Noyabrın 18-də QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 420 milyon 272 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 706 milyon 765 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti