...

ICD Azərbaycan biznesinin yeni bazarlara çıxmasına kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2016 08:02 (UTC +04:00)
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir.
ICD Azərbaycan biznesinin yeni bazarlara çıxmasına kömək etməyə hazırdır

Bakı. Azad Həsənli - Trend:

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir.

Trend-in məlumatına görə, bu sözləri korporasiyanın rəhbəri Xalid əl-Əbudi Bakıda keçirilmiş Azərbaycan Beynəlxalq İnvestisiya Konfransında deyib: “Biz ölkəyə investisiyaları artırmaq üçün hökumətə kömək etməyə, ölkədə istehsal olunan məhsulun keyfiyyətini arıtrmağa və sahibkarların yeni texnologiyalara və bazarlara çıxışını təmin etməyə hazırıq. Biz həmçinin birgə müəssisələrin də yaradılmasında maraqlıyıq”.

Əl-Əbudinin sözlərinə görə, ICD həmçinin kapital bazarlarının layihələndirilməsi və biznesin maliyyə resurslarına çıxışının təmin olunması kimi sahələrdə Azərbaycanla öz təcrübəsini bölüşməyə hazırdır: “Öz investisiyalarımızdan başqa biz Azərbaycana xarici investorların da cəlb olunmasında kömək göstərə bilərik. Hökumət ölkədə investisiya iqliminin yaxşılaşdırılması məsələsinə çox ciddi yanaşır və bu tədbirlər ölkədə iqtisadiyyatın inkişafına və onun daha dayanıqlı olmasına imkan yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti